Maliyyə Nazirliyi ortamüddətli istiqrazlarını tam yerləşdirə bilməyib

Maliyyə
  • 28 mart, 2017
  • 13:44
Maliyyə Nazirliyi ortamüddətli istiqrazlarını tam yerləşdirə bilməyib
Report.az

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, 728 gün tədavül müddətli, 10 mln. manatlıq ortamüddətli dövlət istiqrazlarının (AZ0105002551) yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 5 investor 11 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 26 550 500 manat təşkil edib.

Sifarişlər 87,815 manat (22,9335%)-100,02 manat (14,988%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100 manat (15%), orta ölçülmüş qiymət 100,0104 manat (14,9937%) müəyyənləşdirilib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İnvestorlar tərəfindən təklif olunan şərtlər emitenti tam qane etmədiyinə görə, istiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 9 498 500 manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 26 mart 2019-cu ildir.

44 filmi