"Legion Financial"ın səhmlərinə 2 investor maraq göstərib

Maliyyə
  • 26 fevral, 2025
  • 17:06
Legion Financialın səhmlərinə 2 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC-nin 605 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 6 050 ədəd səhm abunə yazılşı üsulu ilə investorlara təklif olunub. Hərraca 2 investor 120 min manatlıq 2 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutmayıb. 

Bununla belə, “Legion Financial”ın nizamnamə kapitalı 3,4 % artaraq 3,53 milyon manatdan 3,65 milyon manata çatıb. 

"Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmləri Turan İsmayılova, Ramin Süleymanlıya, Rövşən Sultanova, Böyükağa Məmmədova və Belarus vətəndaşı Kolas Konstantinə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir. 

44 filmi