"Kəpəz" BOKT-un xalis mənfəəti 34 %-ə yaxın artıb
- 02 aprel, 2025
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
"Kəpəz" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 1,857 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 33,6 % çoxdur.
Ötən il "Kəpəz"in vergiyəqədərki mənfəəti 2,339 milyon manat (əvvəlki ilə nisbətən 34,7 % çox), mənfəət vergisi ödəmələri isə 482 min manat (38,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Kəpəz"in aktivləri 12,106 milyon manat olub ki, bu da illik müqayisədə 23,9 % çoxdur. Bunun 10,665 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 18,5 % böyüyüb.
Hesabat dövründə "Kəpəz"in öhdəlikləri 7,5 % artaraq 6,792 milyon manata, balans kapitalı isə 53,7 % artaraq 5,314 milyon manata çatıb.
Xatırladaq ki, "Kəpəz" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manat, təsisçisi isə 100 % Əbülfəz Əliyevdir.