“Kapital Bank” konvertasiya haqqını ləğv edib

Maliyyə
  • 20 noyabr, 2017
  • 06:53
“Kapital Bank” konvertasiya haqqını ləğv edib
Report

Bakı. 20 noyabr. REPORT.AZ/ “Kapital Bank” ASC bütün ödəniş kartları üzrə konvertasiya komissiyasını ləğv edib. Bankdan “Report”a verilən məlumata görə, müştərilər konvertasiya əməliyyatını bankın gündəlik alış-satış məzənnəsi əsasında həyata keçirə bilərlər.

“Kapital Bank” “Visa International” və “MasterCard” beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Ödəniş kartlarını “Kapital Bank” filiallarında və ya Bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. Bank Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.

Qeyd edək ki, hazırda dövriyyədə “Kapital Bank”ın 3 mln.-a yaxın ödəniş kartı var. “Kapital Bank”ın ölkə üzrə 600-dək bankomatı, 9 000-dək POS-terminalı var.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

44 - Tezliklə