“İnternational" BOKT-un mənfəəti 2 dəfə artıb
- 11 mart, 2022
- 12:24
Yeniliklərdən dərhal xəbərdar olun!
“İnternational" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 411 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 2 dəfə çoxdur.
Ötən il “İnternational"ın vergiyəqədərki mənfəəti 532 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 121 min manat (75,4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “International”ın aktivləri 19,961 milyon manat olub ki, bu da illik müqayisədə 35,5% çoxdur. Bunun 17,752 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Ötən il BOKT-un kredit portfeli 43,1% böyüyüb.
Hesabat dövründə BOKT-un öhdəlikləri 24% artaraq 13,711 milyon manata, balans kapitalı isə 81,1% artaraq 5,384 milyon manata, o cümlədən nizamnamə kapitalı 66,7% artaraq 5 milyon manata çatıb.
Xatırladaq ki, “International” 2013-cü ildə yaradılıb. BOKT-un səhmdarı 100% Rifat Həsənovdur.