Rafinya "Barselona"nın növbəti iki oyununu buraxacaq

Futbol
  • 09 oktyabr, 2026
  • 17:27
Rafinya Barselonanın növbəti iki oyununu buraxacaq

İspaniyanın "Barselona" komandasının hücumçusu Rafinya növbəti iki matçda iştirak etməyəcək.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik məlumat verib.

Mütəxəssis braziliyalı futbolçunun zədələnmədiyini, lakin ehtiyatlı olmalı olduqlarını bildirib. O, 29 yaşlı hücumçunun oktyabrın 10-da İspaniya çempionatında "Xetafe"yə, 13-də isə UEFA Çempionlar Liqasında Türkiyənin "Qalatasaray" klubuna qarşı keçiriləcək görüşlərdə meydanda olmayacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Rafinya cari mövsüm İspaniya çempionatında keçirdiyi 7 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. O, Çempionlar Liqasında isə şans qazandığı 1 matçda 2 dəfə fərqlənib.

44 - Tezliklə