“International” BOKT-un istiqrazlarına 3 investor maraq göstərib

Maliyyə
  • 18 noyabr, 2024
  • 13:25
“International” BOKT-un istiqrazlarına 3 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) 750 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 750 ədəd istiqraz standart bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Hərraca 3 investor 500 min manatlıq 3 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 24 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.