IFC Azərbaycanda özəl sektordakı artımı dəstəkləyir

Maliyyə
  • 23 iyun, 2022
  • 07:44
IFC Azərbaycanda özəl sektordakı artımı dəstəkləyir

Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycanda özəl sektordakı artımı, həmçinin bərpa olunan enerji mənbələrinə keçidi dəstəkləyir.

“Report” xəbər verir ki, bunu IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri Fernandes Duarte Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Bakıda keçirilən 24-cü İllik Toplantısında deyib.

O, Azərbaycanda "Dənizdə külək enerjisinin inkişafı üzrə Yol Xəritəsi"nin imzalandığı xatırladıb.

Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq dünya 2 böhranla – koronavirus (COVID-19) pandemiyası və Rusiya-Ukrayna müharibəsi ilə üzləşib.

IFC-nin regional meneceri bildirib ki, proqnozlara görə, Ukraynada davam edən müharibə səbəbindən özəl sektorda istehsal həcmləri 3 %-dək azalacaq: “Biz Ukraynanı dəstəkləməkdə davam edirik, maliyyə dəstəyini də davam etdirəcəyik”.