"İdeal Kredit" BOKT-un istiqrazlarına 51 investor maraq göstərib

Maliyyə
  • 21 noyabr, 2025
  • 15:13
İdeal Kredit BOKT-un istiqrazlarına 51 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) "İdeal Kredit" MMC bank olmayan kredit təşkilatının (BOKT) 1 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. İstiqrazlara 51 investor 1 milyon manatlıq 51 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 5 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti