Göyçayda daha bir sığorta satışı ofisi açılıb

Maliyyə
  • 25 iyul, 2017
  • 06:46
Göyçayda daha bir sığorta satışı ofisi açılıb

Bakı. 25 iyul. REPORT.AZ/ “AtaSığorta” ASC yeni satış ofisini Göyçay şəhərində müştərilərin istifadəsinə verib. “Report”un Şirkətdən əldə etdiyi məlumata görə, bu həmin rayonda açılmış ikinci satış ofisidir.

Məlumatda deyilir ki, yeni açılmış satış ofisi Göyçay şəhəri, Nizami küçəsi,8d ünvanında fəaliyyət göstərəcək.

“AtaHolding” şirkətlər qrupuna daxil olan “AtaSığorta” 2004-cü ildən sığorta sektorunda fəaliyyət göstərir. Şirkət 35 mln. manata yaxın aktivlərə malik olmaqla 28 sığorta növü - 24 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərə xidmətlər göstərir. “AtaSığorta” həmçinin təkrarsığorta fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malikdir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. Bütövlükdə, “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 50-dan artıq filial, nümayəndəlik və ofislər daxildir.