Misirdə avtobus qəzasında 22 nəfər ölüb
Digər ölkələr
- 03 sentyabr, 2026
- 05:29
Misirin Sinay yarımadasının cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 22 nəfər ölüb, daha 29 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə Sky News yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.
Bundan əvvəl qəza nəticəsində 16 nəfərin öldüyü barədə məlumat yayılıb.
Dahab və Nüveyba şəhərləri arasındakı yolda turistləri daşıyan avtobus aşıb. Yaralananlar Şarm əl-Şeyx, Müqəddəs Yekaterina və Əl-Feyruz şəhərlərindəki xəstəxanalara çatdırılıb.
İordaniyanın "Al-Mamlaka" telekanalının məlumatına görə, avtobusda olan 10 İordaniya vətəndaşı həlak olub. İordaniyanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarının öldüyünü təsdiqləyib, lakin onların dəqiq sayını açıqlamayıb. Qəzanın səbəbləri barədə hələlik məlumat verilməyib.
Son xəbərlər
17:38
Ağcabədidə nöqsanlar aşkarlanan pendir müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Hadisə17:32
Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
Fərdi17:16
Foto
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib - YENİLƏNİB
Xarici siyasət17:12
Azərbaycanın U-21 millisinin Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının tarixi müəyyənləşib
Futbol17:02
Azərbaycanın qadınlardan ibarət basketbol millisinin 6 üzvü ABŞ-də təhsil alacaq
Komanda17:00
Foto
Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokuna hazırlıq məsələləri müzakirə olunub
Fərdi16:54
Gürcüstanlı bloqer: Ağdamda qısa müddətdə əsl möcüzə yaradılıb
Qarabağ16:51
Vanuatu Fransanın Metyu və Hanter adalarına iddialarına görə BƏM-ə müraciət edib
Xarici siyasət16:51