“Gold Finance” BOKT-un zərəri 14% azalıb

Maliyyə
  • 03 iyun, 2022
  • 06:18
“Gold Finance” BOKT-un zərəri 14% azalıb

“Gold Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 18 min manat zərərlə başa vurub.

“Report” bu barədə BOKT-un maliyyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, 2020-ci illə müqayisədə 14,3% azdır.

"Gold Finance" aktivləri, öhdəlikləri və kapitalı, onların illik dinamikası barədə məlumatları açıqlamayıb.

Xatırladaq ki, “Gold Finance” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 350 min manatdır. BOKT-un təsisçisi 100% Zaur Sadıxovdur.