FNC BOKT-un xalis mənfəəti kəskin artıb
- 19 mart, 2025
- 18:32
Yeniliklərdən dərhal xəbərdar olun!
FNC QSC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 1,972 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 18,8 dəfə çoxdur.
Ötən il FNC-nin vergiyəqədərki mənfəəti 2,465 milyon manat (əvvəlki ilə nisbətən 12,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 493 min manat (5,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə FNC-nin aktivləri 42,633 milyon manat olub ki, bu da illik müqayisədə 3,7 dəfə çoxdur. Bunun 42,505 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-ci ildə BOKT-un kredit portfeli 3,7 dəfə böyüyüb.
Hesabat dövründə FNC-nin öhdəlikləri 3,6 dəfə artaraq 40,257 milyon manata, balans kapitalı isə 5,9 dəfə artaraq 2,377 milyon manata çatıb.
Xatırladaq ki, FNC 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un səhmdarı 100 % Xəqani Məmmədovdur.