FNC BOKT-un öhdəlikləri kəskin artıb

Maliyyə
  • 30 may, 2024
  • 13:44
FNC BOKT-un öhdəlikləri kəskin artıb

FNC QSC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 105 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2022-ci ildən 44 min manat zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il FNC-nin vergiyəqədərki mənfəəti 193 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 88 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib.

Bu il yanvarın 1-nə FNC-nin aktivləri 11,678 milyon manat olub ki, bu da illik müqayisədə 39,5 dəfə çoxdur. Bunun 11,543 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2023-ci ildə BOKT-un kredit portfeli 41,7 dəfə böyüyüb.

Hesabat dövründə FNC-nin öhdəlikləri 194,4 dəfə artaraq 11,273 milyon manata, balans kapitalı isə 70,2 % artaraq 405 min manata çatıb.

Xatırladaq ki, FNC 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un səhmdarı 100 % Xəqani Məmmədovdur. 

44 - Tezliklə