FNC BOKT 4,75 milyon manatlıq istiqraz buraxır
Maliyyə
- 09 sentyabr, 2025
- 10:14
FNC QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 4,750 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 5 000 manat olan 950 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 60 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər illik ödəniləcək. Prosesin anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitent tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.
Son xəbərlər
10:26
AMB I yarımildə yerli bankların daimi imkan alətlərinə tələbini açıqlayıb
Maliyyə10:26
Fon der Lyayen: Aİ Kolumbiyaya 2 milyon avro məbləğində yardım ayırır
Digər ölkələr10:23
NDU-da 1000 yerlik yataqxana kompleksi tikiləcək
Daxili siyasət10:23
Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 40 %-ə yaxın artırıb
Maliyyə10:20
Rusiya yanacaq çatışmazlığı fonunda Hindistandan benzin idxal etməyə başlayıb
Energetika10:20
Azərbaycan bankları "Bloomberg" ticarət sistemindəki əməliyyatların sayını 29 %-ə yaxın azaldıb
Maliyyə10:16
Naxçıvanda əsaslı təmir olunacaq yolların siyahısı müəyyənləşib
Daxili siyasət10:13
Azərbaycanda iyulda 177,5 min nəfər yaşa görə aylıq sosial müavinət alıb
Maliyyə10:12