Azərbaycan bankları "Bloomberg" ticarət sistemindəki əməliyyatların sayını 29 %-ə yaxın azaldıb

Maliyyə
  • 12 avqust, 2026
  • 10:20
Azərbaycan bankları Bloomberg ticarət sistemindəki əməliyyatların sayını 29 %-ə yaxın azaldıb

Bu ilin I yarısında Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 55,7 milyard manat məbləğində 1 530 ədəd əqd bağlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 45,55 % çox və 28,8 % azdır.

Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 97 %-i 1-3 günlük olub.

44 filmi