Fon der Lyayen: Aİ Kolumbiyaya 2 milyon avro məbləğində yardım ayırır

Digər ölkələr
  • 12 avqust, 2026
  • 10:26
Fon der Lyayen: Aİ Kolumbiyaya 2 milyon avro məbləğində yardım ayırır

Avropa İttifaqı (Aİ) 7,4 maqnitudalı zəlzələdən zərər çəkmiş Kolumbiyaya 2 milyon avro məbləğində yardım ayıracaq.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

"Axtarış-xilasetmə əməliyyatları davam edərkən, Aİ mümkün olan bütün istiqamətlərdə Kolumbiyaya dəstək göstərir. Biz ən çox zərər çəkmiş ərazilərdə əhaliyə kömək etmək üçün 2 milyon avro ayırırıq.

Kolumbiya Mülki Müdafiə Mexanizmini işə saldıqdan sonra biz yardımın yerlərdəki ehtiyaclara uyğun olmasını təmin etmək üçün səy göstəririk", - o qeyd edib.