Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 40 %-ə yaxın artırıb

Maliyyə
  • 12 avqust, 2026
  • 10:23
Azərbaycan Mərkəzi Bankı not hərraclarının sayını 40 %-ə yaxın artırıb

Bu ilin I yarısında Azərbaycan Mərkəzi Bankı (AMB) 92 not hərracı keçirib.

"Report" xəbər verir ki, bu barədə qurumun yarım illik "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,5 % çoxdur.

İyunun sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 484 milyon manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 113 milyon manat azdır.

Son hərraclarda formalaşan gəlirlilik 28 günlük notlar üzrə 6,54 %, 84 günlük notlar üzrə 6,49 %, 168 günlük notlar üzrə 6,48 %, 252 günlük notlar üzrə isə 6,5 % olub.