“Finoko” BOKT-un xalis mənfəəti 23 % artıb

Maliyyə
  • 25 may, 2023
  • 10:48
“Finoko” BOKT-un xalis mənfəəti 23 % artıb

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 1,403 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 22,9 % çoxdur.

Ötən il “Finoko”nun vergiyəqədərki mənfəəti 1,465 milyon manat (əvvəlki ilə nisbətən 36,9 % çox), mənfəət vergisi ödəmələri isə 62 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Finoko”nun aktivləri 31,054 milyon manat olub ki, bu da illik müqayisədə 4,9 % çoxdur. Bunun 23,921 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2022-ci ildə BOKT-un kredit portfeli 3,6 % böyüyüb.

Hesabat dövründə “Finoko”nun öhdəlikləri 2,1 % artaraq 20,763 milyon manata, balans kapitalı isə 11 % artaraq 10,291 milyon manata çatıb.

Xatırladaq ki, “Finoko” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,855 milyon manatdır. BOKT-un səhmdarları hər biri 50% payla Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).