“Falcon Finance" BOKT-un istiqrazlarına 9 investor maraq göstərib
- 13 aprel, 2023
- 12:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) “Falcon Finance" MMC bank olmayan kredit təşkilatının (BOKT) 700 min manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
"Report" BFB-yə istinadən xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 700 ədəd istiqraz çıxarılıb.
Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.
İstiqrazlara 9 investor nominal dəyəri 1 000 manat, ümumi məbləği isə 700 min manat olan 9 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.
İstiqrazların kəsmə qiyməti və orta ölçülmüş qiyməti 1 000 manat (14 %) müəyyən edilib.
Qiymətli kağızlar 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri “PSG-Kapital İnvestisiya Şirkəti” ASC-dir.