“Embafinans” BOKT maliyyə vəziyyətini açıqlayıb
- 21 may, 2025
- 14:53
Yeniliklərdən dərhal xəbərdar olun!
“Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 7,208 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 35,4 % çoxdur.
Ötən il “Embafinans”ın vergiyəqədərki mənfəəti 9,012 milyon manat (əvvəlki ilə nisbətən 47,6 % çox), mənfəət vergisi ödəmələri isə 1,804 milyon manat (2,3 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Embafinans”ın aktivləri 69,992 milyon manat olub ki, bu da illik müqayisədə 19,4 % çoxdur. Bunun 61,997 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 20,7 % böyüyüb.
Hesabat dövründə “Embafinans”ın öhdəlikləri 10,4 % artaraq 44,190 milyon manata, balans kapitalı isə 38,8 % artaraq 25,802 milyon manata çatıb.
Xatırladaq ki, "Embafinans" 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un səhmlərinin 86 %-i Elşad Abbasova, 14%-i isə Tamara Polyakovaya məxsusdur.