Dünyada ilk kriptovalyuta indeks fondu yaradılıb

Maliyyə
  • 07 mart, 2018
  • 12:26
Dünyada ilk kriptovalyuta indeks fondu yaradılıb

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ-da populyar olan "Coinbase" kriptovalyuta birjası ilk kriptovalyuta indeks fondunu yaratması barədə məlumat yayıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, fondun əsasını 4 kriptovalyutadan ibarət indeks təşkil edəcək. 

Burada "Bitcoin"in payı 62%, "Ethereum"un payı 27%, "Bitcoin Cash"in payı 7%,  "Litecoin"in payı isə 4% olacaq. 

Əgər "Coinbase" və onun törəmə meydançası GDAX gələcəkdə digər aktivləri indeksə daxil etsələr, onlar avtomatik qaydada indeksin hesablanmasına aid ediləcəklər.

Hazırda "Coinbase İndex Fund"a minimal investisiya məbləği 10 000 ABŞ dolları, minimal investisiya müddəti 1 ay, komisyon haqqı 2% olmaqla illik maaşı azı 200 min dollar və yaxud  kapitalı 1 mln. dollar olan (əmlak istisna olmaqla) investorlar buraxılır.