"Formula 1" könüllüsü: "İnanıram ki, Azərbaycan Qran-prisi bu il də uğurla keçəcək"

Formula 1
  • 20 avqust, 2026
  • 10:44
Formula 1 könüllüsü: İnanıram ki, Azərbaycan Qran-prisi bu il də uğurla keçəcək

"Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci dəfə könüllü seçilən Murad Ağazadə yarışın yüksək səviyyədə təşkil olunacağına inandığını bildirib.

"Report" xəbər verir ki, o, bunu könüllülər üçün təşkil olunan təlim proqramları çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

M.Ağazadə ötən mövsüm idman əməliyyatları üzrə logistika komandasında fəaliyyət göstərdiyini diqqətə çatdırıb:

"İlk təcrübəmdə yeni dostlar və zəngin təcrübə qazandım. İşimiz marşalları zəruri ləvazimatlarla təmin etməkdən ibarət idi. Bütün könüllülərə uğurlar arzulayıram və inanıram ki, bu il də yarışlar ötənilki kimi uğurla baş tutacaq".

Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakıda baş tutacaq.