Cənubi Koreya KXDR-in nüvə arsenalını 80-120 döyüş başlığı həcmində qiymətləndirir
- 20 avqust, 2026
- 10:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə arsenalını 80-120 döyüş başlığı həcmində qiymətləndirir ki, bu da ABŞ Prezidenti Donald Trampın açıqladığı göstəricidən (57 ədəd) əhəmiyyətli dərəcədə yüksəkdir.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek bildirib.
O qeyd edib ki, KXDR-in nüvə döyüş başlıqlarının dəqiq sayını müəyyənləşdirmək çətindir.
"Adətən biz onların sayını təxminən 80-120 həcmində qiymətləndiririk, lakin dəqiq sayı müəyyən etmək üçün imkanlar olduqca məhduddur", - o bildirib.
Agentlik qeyd edir ki, bu şərh bir gün əvvəl Trampın KXDR lideri Kim Çen Inın 57 çox güclü nüvə döyüş başlığına malik olması ilə bağlı səsləndirdiyi bəyanatına cavab olaraq verilib.