Dünya bazarlarında qızıl cüzi bahalaşıb
Maliyyə
- 07 fevral, 2022
- 06:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Risk əhval-ruhiyyəsinin olmaması qızılın bahalaşmasına səbəb olub. İnvestorlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) monetar siyasəti sərtləşdirəcəyini gözləyirlər.
“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,2 %, yaxud 3,45 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 811,35 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 1,41 % artaraq, 1 unsiyası 22,793 ABŞ dolları təşkil edib.
ABŞ-da əmək bazarı ilə bağlı hesabatın açıqlanması qiymətli metalın dəyərinə təsir edib. Belə ki, yanvar ayında ölkədə işsizlik səviyyəsi 4 % təşkil edib, iqtisadiyyatın qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı isə 467 min nəfər artıb.
Son xəbərlər
16:02
Rəşad Rəsullu: "Millidə çıxış edən cüdoçuların hamısı Azərbaycanın yetirmələridir"
Fərdi
16:02
Foto
Bakıda milli dəyərlərin qorunmasına dair ictimai müzakirə keçirilib, bəyanat qəbul olunub
Elm və təhsil
15:59
Azərbaycan Kambocanın xam pambığı son məhsula çevirmək təcrübəsi ilə maraqlanır
Biznes
15:58
Baş nazir: "Azərbaycanla Kambocanın iqtisadi üstünlüklərinin birləşdirilməsi dinamik biznes ekosistemi yaradacaq"
Biznes
15:56
Mikayıl Cabbarov: "SOCAR Kamboca ilə investisiya imkanlarını nəzərdən keçirir"
Energetika
15:55
Hun Manet: "Azərbaycan və Kamboca arasında biznes potensialının dərindən öyrənilməsi zəruridir"
Biznes
15:52
Hun Manet: "Azərbaycanla qarşılıqlı fəaliyyəti dərinləşdirməyi hədəfləyirik"
Biznes
15:49
Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman: "Kokauri dünya səviyyəli idmançıdır"
Fərdi
15:49
Azərbaycan və Kamboca arasında daha bir Anlaşma Memorandumu mübadilə edilib
Biznes