Dünya Bankı Azərbaycana birbaşa xarici investisiyaların cüzi azalacağını proqnozlaşdırır

Maliyyə
  • 06 oktyabr, 2021
  • 13:09
Dünya Bankı Azərbaycana birbaşa xarici investisiyaların cüzi azalacağını proqnozlaşdırır

Bu il Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların ümumi daxili məhsula (ÜDM) nisbəti 0,5 % azalacağı proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Sənədə əsasən, birbaşa xarici investisiyaların ÜDM-yə nisbəti növbəti 2 ildə 0,6 % azalacaq.

Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların məbləği 57 milyard ABŞ dolları təşkil edib.

Bu ilin I yarısında Azərbaycana cəlb olunmuş birbaşa investisiyaların həcmi 2 milyard 635,7 milyon ABŞ dolları olub ki, bu da, illik müqayisədə 25,1 % çoxdur.

44 filmi