Azərbaycan BOKT-ləri 9 ayda 15 milyon manat xalis mənfəət əldə edib

Maliyyə
  • 25 oktyabr, 2019
  • 13:16
Azərbaycan BOKT-ləri 9 ayda 15 milyon manat xalis mənfəət əldə edib

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-sentyabr aylarını 14,7 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Məlumata görə, 9 ay ərzində BOKT-lərin əməliyyat gəlirləri 50 milyon manat, əməliyyat xərcləri 36 milyon manat, xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 1 milyon manat, gözlənilməz gəlirləri 1,1 milyon manat, mənfəət vergisi ödəmələri isə 1,4 milyon manat təşkil edib.