"Bank Melli İran-Baku"ya məxsus binanın söküntüsü ilə bağlı məhkəmə prosesi bu il yekunlaşacaq
- 07 mart, 2018
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 mart. REPORT.AZ/ "Bank Melli İran-Baku"ya məxsus binanın sökülməsi ilə bağlı maliyyə qurumu ilə Bakı Şəhər İcra Hakimiyyəti gedən məhkəmə prosesinin 2018-ci ildə yekunlaşacağı gözlənilir.
“Report” bu barədə İran bankının Bakı filialının illik audit hesabtına istinadən xəbər verir.
Xatırladaq ki, Bakı meriyasının yeni parkın tikintisinə dair 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, "Bank Melli İran-Baku"ya məxsus 9 295 964 manat dəyəri olan bina sökülüb. Tərəflər kompensasiya məsələsində razılığa gələ bilmədiyindən işə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, sözügedən binanı ləğv prosesində olan "Royal Bank" ASC İran bankından götürdüyü depozit qarşılığında girov qoyub. Bakı filialı daşınmaz əmlakı 2013-cü ildə, məhkəmə qərası əsasında müsadirə edib. Müstəqil qiymətləndirici ona 9,4 mln. manat qiymət qoyub.