“Bank BTB” SOCAR-ın əməkdaşları üçün kampaniya keçirir
- 20 sentyabr, 2017
- 08:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 sentyabr. REPORT.AZ/ “Bank BTB” ASC 20 sentyabr - "Neftçilər günü" münasibəti ilə güzəştli kredit kampaniyası elan edib.
“Report” Banka istinadən xəbər verir ki, bu gündən başlayaraq oktyabrın 20-nə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bütün əməkdaşları nağd pul kreditiini sərfəli şərtlərlə alacaqlar.
Kreditlər zaminsiz (3 min manata qədər olduqda), komissiyasız, 3 ilə qədər müddətə veriləcək. Kreditin maksimal məbləği 5 min manatdır.
Nağd pul kreditini “Bank BTB”nin baş ofisindən və bütün filiallarından almaq olar. Qeyd edək ki, Bankın xidmət şəbəkəsinə 110 filial, 7 şöbə və baş idarənin nəzdində Müştəri Xidməti Departamenti daxildir.
Kampaniya haqqında “Bank BTB”-nin Məlumat Mərkəzindən - (012) 946 qısa nömrəsindən, www.btb.az ünvanındakı rəsmi internet səhifəsindən və yaxud Bankın www.facebook.com/bankbtb ünvanında olan “Facebook” səhifəsindən ətraflı məlumat almaq mümkündür.