Azərbaycanda kredit qoyuluşların həcmi son bir ildə 20% artıb
- 05 sentyabr, 2014
- 02:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşlarının həcmi illik müqayisədə 20,0% artaraq 2014-cü ilin avqustun 1-nə 17 034,0 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu göstərici bu ilin əvvəlindən 10,5% artıb.
Kredit qoyuluşların tərkibində 6,986 mlrd. manat və ya 41,0% ev təsərrüfatlarına verilən kreditlərin payına düşür. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 28,7% artıb.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqustun 1-nə 900,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 15,9% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,5%-dən 5,3%-dək enib.