“AzRe Təkrarsığorta”nın xalis mənfəəti kəskin azalıb

Maliyyə
  • 18 mart, 2021
  • 05:26
“AzRe Təkrarsığorta”nın xalis mənfəəti kəskin azalıb

“AzRe Təkrarsığorta” ASC 2020-ci ili 155 min manat xalis mənfəətlə başa vurub.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-ci ilə nisbətən təxminən 165 dəfə azdır.

Ötən il “AzRe Təkrarsığorta”nın gəlirləri 48,565 milyon manat (illik müqayisədə 19,6% az), xərcləri 48,014 milyon manat (68,8% çox), mənfəət vergisi ödəmələri isə 397 min manat (16 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “AzRe Təkrarsığorta”nın aktivləri 128,413 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,4% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 89,45% artaraq 59,358 milyon manata çatıb, balans kapitalı isə 25,6% azalaraq 69,055 milyon manata düşüb.

Xatırladaq ki, "AzRe Təkrarsığorta" 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” "Qala Sığorta" ASC-nin 100%-lik, "Qala Həyat Sığorta" ASC-nin isə 90%-lik səhmdarıdır.

44 - Tezliklə