"Neftçi"nin məşqçisi Nakim Vəliyev 7 oyunluq diskvalifikasiya edilib

Futbol
  • 16 oktyabr, 2026
  • 14:30
Neftçinin məşqçisi Nakim Vəliyev 7 oyunluq diskvalifikasiya edilib

AFFA U-15 və U-13 Liqalarında işləyən məşqçilər cəzalandırılıb.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

AFFA U-15 Liqasında keçirilən "Neftçi" – "Qəbələ" oyununda "ağ-qaralar"ın köməkçi məşqçisi Nakim Vəliyev final fitindən sonra hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə qırmızı vərəqə alıb və 7 oyunluq diskvalifikasiya edilib.

Həmçinin onun komandası 1000 manat cərimələnib.

AFFA U-13 Liqasında baş tutan "Alfa" (Zaqatala) – "Aslan" (Zaqatala) matçında isə "Alfa" komandasının baş məşqçisi Rüstəm Məmmədov rəqib komandanın məşqçisinə qarşı fiziki zor tətbiq edərək davaya səbəb olduğu üçün cəzalandırılıb. Ona 5 oyunluq cəza verilib.