AMB İsveçrə Milli Bankı ilə qlobal çağırışları müzakirə edib

Maliyyə
  • 16 oktyabr, 2026
  • 14:39
AMB İsveçrə Milli Bankı ilə qlobal çağırışları müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və İsveçrə Milli Bankı (İMB) arasında qlobal çağırışları, maliyyə sektorundakı son tendensiyalar, həmçinin makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş təşəbbüslər müzakirə edilib.

"Report" AMB-yə istinadən xəbər verir ki, bununla bağlı müzakirələr qurumun sədri Taleh Kazımovla İMB-nin sədri Martin Şleqel arasında keçirilmiş görüşdə aparılıb.

Görüş Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun İllik Toplantıları çərçivəsində baş tutub.

"Görüşdə ikitərəfli əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə olunaraq gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.