ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

İnfrastruktur
  • 16 oktyabr, 2026
  • 14:34
ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Bu barədə "Report"a ADSEA-dan məlumat verilib.

Bildirilib ki, Z.Mikayılov qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, içməli su təchizatı, işə qəbul və digər məsələlərlə bağlı olub.