"Azpul" BOKT maliyyə vəziyyətini açıqlayıb
- 10 iyun, 2025
- 16:18
Yeniliklərdən dərhal xəbərdar olun!
"Azpul" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2024-cü ili 59 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur.
Ötən il "Azpul"un vergiyəqədərki mənfəəti 78,152 milyon manat (əvvəlki ilə nisbətən 2,05 dəfə çox), mənfəəət vergisi ödəmələri isə 19,153 milyon manat (97,9 % çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Azpul"un aktivləri 87,164 milyon manat olub ki, bu da illik müqayisədə 39,9 % çoxdur. Bunun 52,085 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2024-cü ildə BOKT-un kredit portfeli 85,8 % böyüyüb.
Hesabat dövründə "Azpul"un öhdəlikləri 38,5 % azalaraq 11,582 milyon manata düşüb, balans kapitalı isə 2,1 dəfə artaraq 65,847 milyon manata çatıb.
Xatırladaq ki, "Azpul" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır. BOKT-un təsisçisi Rusiya vətəndaşı Radostovets Vladimir Nikolayeviçdir.