“Azinvestkredit” BOKT ötən ili zərərlə başa vurub
- 30 may, 2024
- 13:05
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azinvestkredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2023-cü ili 7 min manat zərərlə başa vurub.
“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 96,1 % azdır.
Bu il yanvarın 1-nə “Azinvestkredit”in aktivləri 303 min manat olub ki, bu da illik müqayisədə 17,4 % çoxdur. Bunun 283 min manatı müştərilərə verilmiş kreditlərdir. 2023-cü ildə BOKT-un kredit portfeli 22,5 % böyüyüb.
Hesabat dövründə “Azinvestkredit”in öhdəlikləri demək olar ki, dəyişməyərək 2 min manat qalıb, balans kapitalı isə 17,1 % artaraq 301 min manat, o cümlədən nizamnamə kapitalı 38,6 % azalaraq 307 min manat olub.
Xatırladaq ki, “Azinvestkredit” 2013-cü ildə yaradılıb. BOKT-un təsisçiləri hər biri 50% payla Əkbər İsmayılov və Tamara İsmayılovadır.