“Azəri Star Mikromaliyyə" BOKT-un zərəri 8 % artıb
- 09 iyun, 2023
- 05:44
Yeniliklərdən dərhal xəbərdar olun!
“Azəri Star Mikromaliyyə” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 54 min manat zərərlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 8 % çoxdur.
Bu il yanvarın 1-nə “Azəri Star Mikromaliyyə”nin aktivləri 251 min manat olub ki, bu da illik müqayisədə 12,5 % azdır. Bunun 219 min manatı müştərilərə verilmiş kreditdir. 2022-ci ildə BOKT-un kredit portfeli 18,9 % kiçilib.
Hesabat dövründə "Azəri Star Mikromaliyyə”nin öhdəlikləri dəyişməyərək 5 min manat qalıb, balans kapitalı isə 12,8 % azalaraq 246 min manata, o cümlədən nizamnamə kapitalı 28,3 % azalaraq 610 min manata düşüb.
Xatırladaq ki, "Azəri Star Mikromaliyyə” 2003-cü ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 305 min manatdır.