Azərbaycanın valyuta ehtiyatları 56 milyard dollara yaxınlaşıb

Maliyyə
  • 16 sentyabr, 2022
  • 07:01
Azərbaycanın valyuta ehtiyatları 56 milyard dollara yaxınlaşıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 5,1% və yaxud 2,7 milyard ABŞ dolları artaraq 55,9 milyard ABŞ dollarına çatıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, profisitli tədiyə balansı şəraitində baş verib.