Azərbaycanın lizinq şirkəti nizamnamə kapitalını 32 % artırır

Maliyyə
  • 23 avqust, 2024
  • 08:29
Azərbaycanın lizinq şirkəti nizamnamə kapitalını 32 % artırır

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan “Legion Financial” ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 1 milyon manat dəyərində səhm yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 31,9 % artaraq 3,135 milyon manatdan 4,135 milyon manata çatacaq.

Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmlərinin 44,5 %-i Turan İsmayılova, 31,9 %-i Ramin Süleymanlıya, 11,8 %-i Rövşən Sultanova, 11,8 %-i isə Böyükağa Məmmədov və adı açıqlanmayan fiziki şəxsə məxsusdur. T.İsmayılov həm də “Finoko” ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

44 filmi