Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (2024)
- 08 yanvar, 2025
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC 2024-cü ildə üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 59 071 219 597 manatlıq göstərici ilə "ABB-İnvest İnvestisiya Şirkəti" QSC başçılıq edir.
Növbəti yerlərdə 26 834 694 838 manatla "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, 6 111 196 252 manatla "Assist Finance İnvestisiya şirkəti" ASC, 3 643 732 120 manatla "Unicapital İnvestisiya Şirkəti" ASC, 3 357 365 499 manatla "CPM-İnvest İnvestisiya Şirkəti" QSC, 2 551 915 782 manatla "CFI Financial İnvestisiya Şirkəti" QSC, 1 132 019 460 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 1 052 067 964 manatla "Capital Partners İnvestisiya Şirkəti" QSC, 781 195 614 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 545 474 700 manatla "MFX-Trading İnvestisiya Şirkəti" ASC, 179 984 152 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 11 111 104 manatla "Troni İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | ABB-İnvest | 59 071 219 597 |
| 2 | PAŞA Kapital | 26 834 694 838 |
| 3 | Assist Finance | 6 111 196 252 |
| 4 | Unicapital | 3 643 732 120 |
| 5 | CPM-İnvest | 3 357 365 499 |
| 6 | CFI Financial | 2 551 915 782 |
| 7 | İnvest-Az | 1 132 019 460 |
| 8 | Capital Partners | 1 052 067 964 |
| 9 | Xalq Kapital | 781 195 614 |
| 10 | MFX Trading | 545 474 700 |
| 11 | PSG Kapital | 179 984 152 |
| 12 | Troni | 11 111 104 |