Azərbaycanda vergi borcu olan şou-biznes nümayəndələrinin adları açıqlanıb - SİYAHI

Maliyyə
  • 25 iyun, 2016
  • 10:08
Azərbaycanda vergi borcu olan şou-biznes nümayəndələrinin adları açıqlanıb - SİYAHI

Bakı.25 iyun. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcu olan şou-biznes nümayəndələrinin siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, siyahıda 50 nəfərin adı var. 

Siyahıda tanınmışlardan xalq artistləri - Brilliant Dadaşova, Gülyanaq Məmmədova, əməkdar artistlər - Abbas Bağırov, Mətanət İsgəndərova, Elza Seyidcahan, müğənnilər Rəqsanə İsmayılova, Xəyyam Nisanov, Səidə Sultan, Emil Bədəlov, Zamiq Hüseynov və digərləri yer alıb.  

Siyahı nazirliyin rəsmi saytında yerləşdirilib.