Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 11 % artıb

Maliyyə
  • 26 iyun, 2026
  • 13:34
Azərbaycanda qeyri-həyat sığortası üzrə ödənişlər 11 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 282,15 milyon manat sığorta haqqı toplanılıb.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır.

Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 11 % artaraq 121,525 milyon manata çatıb.

Beləliklə, 5 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,1 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 36,3 manat olub.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 732,633 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2025-ci ilin eyni dövrünə nisbətən 1,85 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 409,636 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 30,1 % çoxdur.

5 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 55,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 43,8 manat olub.

44 filmi