Azərbaycanda publik hüquqi şəxslərə büdcədən ayırmalar 1 % artıb

Maliyyə
  • 09 iyun, 2026
  • 11:10
Azərbaycanda publik hüquqi şəxslərə büdcədən ayırmalar 1 % artıb

2025-ci ildə dövlət adından yaradılan 44 publik hüquqi şəxsə (PHŞ) dövlət sifarişi əsasında bir sıra iş və xidmətlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 967,6 milyon manat məbləğində vəsait ödənilib.

"Report" xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Qanun layihəsinə əsasən, bu, 2024-cü illə müqayisədə 1 % çoxdur.

O cümlədən, elm üzrə 7 PHŞ-yə 18,5 milyon manat, müdafiə va milli təhlükəsizlik üzrə 1 PHŞ-yə 85 milyon manat, təhsil üzrə 3 PHŞ-yə 6,5 milyon manat, sosial müdafiə va sosial təminat üzrə 2 PHŞ-yə 92,6 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət, mənzil va kommunal təsarrüfatı üzrə 13 PHŞ-yə 80 milyon manat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və iqtisadi fəaliyyət üzrə 18 PHŞ-yə 685 milyon manat ayrılıb.