Azərbaycanda həyat sığortası bazarı 17 %-dən çox böyüyüb
- 02 avqust, 2025
- 10:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 474,726 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,2 % çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə 29,1 % artaraq 303,302 milyon manata çatıb.
Beləliklə, 6 ayda həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 58 manat təşkil edib.
Xatırladaq ki, bu ilin I yarısında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 817,048 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,7 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 432,198 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,4 % çoxdur.
Ötən 6 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 49,1 manat olub.