Azərbaycanda bankomatların sayı artıb
Maliyyə
- 03 noyabr, 2015
- 09:24
Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda quraşdırılan bankomatların (ATM) ümumi sayı cari ilin əvvəlindən 3,8% və ya 99 ədəd artaraq oktybarın 1-nə 2 707 ədədə çatıb.
"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bankomatların 56,2%-i və ya 1 522 ədədi Bakı, 43,78% və ya 1 185 ədədi regionların payına düşüb. Paytaxtda bankomatların sayı ilin əvvəlindən 3,5%, regionlarda isə 4,2% artıb.
Cari il oktyabrın 1-nə ölkədə əhalinin hər 3,6 min nəfərinə bir bankomat düşüb. İlin əvvəlində həmin göstərici 3,7 min nəfər olub. Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi isə ilin əvvəlindən 27,5% azalaraq 287,1 min manata düşüb.
Son xəbərlər
03:41
Netanyahu Tehranın nüvə proqramı ilə bağlı məlumatları Trampa təqdim edəcək
Digər ölkələr03:17
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İKT02:50
ABŞ "qara siyahı"da olan bir sıra Rusiya təşkilatları barədə məlumatları yeniləyib
Digər ölkələr02:21
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib
Digər ölkələr01:45
Serbiyanın NIS şirkəti ABŞ-dan lisenziyanın uzadılması ilə bağlı qərarı gözləyir
Digər ölkələr01:18
Vuçiçi ölümlə təhdid edən şəxs saxlanılıb
Digər ölkələr00:58
Foto
Video
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
Hadisə00:22
Tramp: ABŞ olmadan İsrail mövcudluğunu davam etdirə bilməzdi
Digər ölkələr23:56