İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
- 27 iyul, 2026
- 23:56
Yeniliklərdən dərhal xəbərdar olun!
İran və Oman arasında aparılan danışıqlar Hörmüz boğazında gəmiçiliyin bərpasına yönəlib.
"Report"un məlumatına görə, bu barədə Bloomberg mənbələrə istinadən yazır.
Qeyd olunur ki, tərəflər, digər məsələlərlə yanaşı, Hörmüz boğazından keçən üçüncü marşrutun bərpasını da müzakirə edirlər.
Xatırladaq ki, gəmilər hazırda İran sahilləri boyunca yerləşən şimal marşrutu və ya Omana daha yaxın olan cənub marşrutu ilə hərəkət edir. Üçüncü dəhliz bu iki yolun arasında yerləşir, lakin ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanmasından sonra demək olar ki, istifadə olunmayıb.
Agentliyin məlumatına görə, Oman danışıqlarçıları bir neçə gün ərzində elan oluna biləcək razılaşmanın əldə olunacağına nikbin yanaşırlar.