Azərbaycana xaricdən pul köçürmələri 2 dəfədən çox artıb

Maliyyə
  • 21 fevral, 2018
  • 10:47
Azərbaycana xaricdən pul köçürmələri 2 dəfədən çox artıb

Bakı. 21 fevral. REPORT.AZ/ 2017-ci ildə iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Məlumata görə, ilkin rəqəmlərə əsasən 2017-ci ildə ölkəyə daxil olmuş pul baratlarının dəyəri 1,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2016-cı illə müqayisədə 2,1 dəfə, 2015-ci ilə nisbətən isə 1,8% çoxdur. 

44 - Tezliklə