Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Maliyyə
  • 28 sentyabr, 2024
  • 06:35
Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Bu il sentyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,7 bənd təşkil edib.

Bu barədə “Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, aylıq müqayisədə 0,4 bənd az, ilin əvvəlinə nisbətən 1,7 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,3 bənd çoxdur.

Avqustun sonuna manatın real effektiv məzənnəsi isə 118,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəlinə nisbətən 2,6 bənd, illik müqayisədə isə 3,2 bənd azdır.