Azərbaycan manatının effektiv məzənnələri martda artıb

Maliyyə
  • 29 aprel, 2023
  • 05:57
Azərbaycan manatının effektiv məzənnələri martda artıb

Bu ilin aprel ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 96,5 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 bənd, ilin əvvəli ilə müqayisədə 1,3 bənd, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 bənd çoxdur.

2023-ci ilin mart ayının sonuna manatın real effektiv məzənnəsi 123,7 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəli ilə müqayisədə 1,4 bənd, illik müqayisədə isə 4,2 bənd çoxdur.

44 - Tezliklə