EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə APOEL-lə üz-üzə gələcək

Komanda
  • 10 oktyabr, 2026
  • 09:04
EHF Avropa Kuboku: Kür komandası Mingəçevirdə APOEL-lə üz-üzə gələcək

Qadınlardan ibarət "Kür" həndbol komandası EHF Avropa Kubokunda bu gün mübarizəyə başlayıb.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin II təsnifat mərhələsində Kiprin APOEL kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma "Kür" Olimpiya Tədris-İdman Mərkəzində, saat 17:00-da start götürəcək.

Tərəflər arasındakı cavab oyunu oktyabrın 11-də eyni məkanda baş tutacaq.